Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Tolerantlıq günü ilə bağlı tədbirdə çıxışında gənc nəsilləri radikal və zərərli meyllərdən uzaq durmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Tolerantlıq günü ilə bağlı tədbirdə çıxışında gənc nəsilləri radikal və zərərli meyllərdən uzaq durmağa çağırıb

15136011_1006258399486199_2364242459308377206_n “Azərbaycanın multikulturalizm istiqamətdində sözdə deyil, əməldə, həyat tərzindəki modelinin dünyada geniş şəkildə yayılması çox önəmlidir”. Bunu millət vəkili Q.Paşayeva Tovuz şəhəri Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq günü münasibətilə Millətlərarası, multikultralizim və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə deyib. Beynəlxalq Tolerantlıq Gününün UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu günün təsis olunmasında məqsədin dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirməyə, mehriban qonşular kimi yaşamağa çağırmaqdır deyib. Millət vəkili Q.Paşayeva çıxışında vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır, ölkəmizdə bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, Azərbaycan Qərblə Şərq arasında çox önəmli bir körpü olaraq müxtəlif millətlər, etnik qruplar, din sahiblərinin bir arada mehribanlıqla yaşadığı ölkədir. Deputat qeyd edib ki, Azərbaycanın dövlət siyasətində müxtəlif dinlərdən olan insanların mehriban yaşaması əsas götürülür: “Bu, dünyanın bu günü və gələcəyi üçün çox önəmlidir. Azərbaycan xalqının uzun illərlə formalaşmış baxış fəlsəfəsi, həyat tərzi, dövlətimiz tərəfindən yürüdülən siyasətin müsbət nəticələrini görürük”. Q.Paşayeva qeyd edib ki, dünyada mədəniyyətlərarası dialoqdan çox danışılsa da, vəziyyət müsbətə yox, mənfiyə doğru dəyişir: “Dünyada mədəniyyətlər, sivilizasiyalar arasındakı gərginliklər çoxalır. Bəzi müsəlman ölkələrində məzhəblər, təriqətlərarası gərginlik çox ağır vəziyyət yaradıb. Oradakı gərginlik həmin ölkələrin bu günü və gələcəyini sual altına qoyur. Bəzi ekspertlər hesab edirlər ki, əgər XX əsr ideologiyalar və sistemlərin mübarizəsi ilə yada qalmışdısa, təəssüf ki, üfiqdə görünən XXI əsr mədəniyyətlər və sivilizasiyaların gərginliyi ilə yadda qala bilər. Gərgin proqnozlar ona əsas verir ki, bu istiqamətdə örnək ölkələrin, yəni Azərbaycanın modeli dünyada daha çox yayılmalıdır .Azərbaycan müsəlman ölkələri içərisində nadir ölkədir ki, dövlətin daxilində, xalqın içində dini məzhəb qarşıdurması olmayıb. Biz digər ölkələrdə dini məzhəb zəmnində qarşıdurmaları, nələrin baş verdiyini görürük”. Q.Paşayeva əlavə edib ki, Azərbaycanda müxtəlif dinlər sakit və sülh şəraitində, mehribanlıqla yaşayır: “Elə müsəlmanlar arasında da məzhəb anlayışları üzərində qarşıdurma olmayıb. Biz zərərli ideyalara qarşı mübarizə aparmalıyıq. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu istiqamətdə həm Azərbaycan vətəndaşlarına, həm də beynəlxalq aləmə mesajdır: “Bu, bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdəndir. Bu sahənin inkişafı ilə dünyadakı gərginlikləri azaltmaq olar. Azərbaycan isə multikulturalizm sahəsində örnək ölkədir. Sözügedən sahənin inkişafı üçün siyasətçilərin üzərinə böyük yük düşür. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi həm də müsəlman dünyasına mesajdır ki, müxtəlif məzhəblərə mənsub insanlar ölkəmizdə gözəl şəkildə birlikdə yaşayırlar”.Deputat qeyd edib ki, mədəniyyətlər, sivilizasiyalararası dialoqla bağlı Azərbaycan çoxlu tədbirlərə ev sahibliyi edir: “Bu istiqamətdə ölkəmizin tədbirlərə evsahibliyi etməsi çox önəmli məsələdir. Çünki bununla multikulturalizmin inkişafı sahəsində Azərbaycanın rolu daha çox yayılır. Biz bu dəyəri daha çox qorumalı, ona sahib çıxmalıyıq. Bu inkişafı pozmaq üçün kənardan gələn zərərli meyllərin, cərəyanların ölkəmizə daxil olmasına isə izn verməməliyik.” Tədbirdə Tovuz  rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, icra hakimiyyətinin məsul işçisi Bəhruzər Rüstəmov, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Hikmət Yusifov çıxış ediblər və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı bəhs edilib, dövlətimizin bu sahədə apardığı uğurlu siyasətdən söhbət açılıb.

15078758_1006258456152860_3907503854961716825_n 15095700_1006258359486203_2418148199830242961_n

 

 

Advertisements

22.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: