Millət vəkili Q.Paşayevanın Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyinin keçirilməsi təklifi dəstəklənib.

Millət vəkili Q.Paşayevanın Türkiyədə ustad Şəhriyarın 110 illik yubileyinin keçirilməsi təklifi dəstəklənib.

cwfalydxeaabw5xMillət vəkili Q.Paşayeva qardaş Türkiyədə keçirilən 2-ci Yaren Şairler Şöleninin qapanış mərasimində çıxış edərək  Türk kökənli bütün insanları Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva  Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.  Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.  Azərbaycanın tarixi, keçdiyi yol, ədəbiyyatı barədə çıxış edən millət vəkili Q.Paşayeva mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinin  vacibliyinə diqqət çəkib və Dənizli bələdiyyə başqanı, valisinə və Yaren Şairler Şöleni təşkilat komitəsinə müraciətlə 3-cü Yaren Şairler Şöleninin ustad Şərhiyarın xatirəsinə həsr olunmasını təklif edib. Türk dünyasının böyük oğlu Şəhriyarın 110 illik yubileyi olduğunu vurğulayan millət vəkili Q. Paşayeva bu addımın önəmindən danışıb və ustad Şəhriyarın yaradıcılığı ilə bağlı məlumatlar verib. O təklif edib ki, o zamana qədər ustad Şəhriyarın 110 illiyi ilə bağlı bir tədbirin keçirilməsi də çox müsbət addım olardı. Millət vəkili Q.Paşayevanın təklifləri Dənizli bələdiyyə başqanı tərəfindən dəstəklənib. Millət vəkili Q.Paşayeva Azərbaycanın və türk dünyasının böyük yazarları, şairləri, aydınları ilə bağlı tədbirlərin qardaş ölkədə artmasınıın vacibliyii barədə də fikirlərini səsləndirib və təkliflərlə çıxış edib. Bu addımların önəmindən danışan millət vəkili Q.Paşayeva çıxışının sonunda Türkiyəyə həsr etdiyi şeirini səsləndirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.

cwfal1hwiaia3rl cwfalr5xuaqz4wz

Advertisements

18.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: