Q. Paşayeva MM-də görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb

Q. Paşayeva MM-də görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb

13138792_1620036201651210_3809775172663518960_nMilli Məclisin bugünki iclasında millət vəkili Q. Paşayeva Milli Məclisdə həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki, onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva Millii Məclisdəki çıxışında Təhsil naziri Mikayıl Cabbarova  bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də deyib:”Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onlar arasında universitetlərə tam sağlam gənclərdən də yuxarı ballarla daxil olan və oxuyan istedadlı gənclər var. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, Təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq”.

Advertisements

11.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: