Millət vəkili Qənirə Paşayeva Dənizli bələdiyyə başçısı ilə Dənizlinin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasını müzakirə edib

Millət vəkili Qənirə Paşayeva Dənizli bələdiyyə başçısı ilə Dənizlinin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmasını müzakirə edib

img_9372Türkiyənin Dənizli bölgəsində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışında iştirak edən millət vəkili Q.Paşayeva Dənizli  bələdiyyə başçısı Osman Zolan ilə görüşüb və ona və əməyi keçən hər kəsə təşəkkür edib. Azərbaycanın acısı bizim də acımızdır deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Osman Zolaya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva da son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Dənizlinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva Dənizlidə tez-tez gənclərin iştirakı ilə Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfransların keçirilməsinin vacibliyinə də toxunub və bu səfəri zamanı bir neçə bu istiqamətlərdə konfranslar verdiyini bildirib. Azərbaycanı çox sevdiyini deyən Dənizli bələdiyyə başçısı Osman Zolan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dənizli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Qənirə Paşayeva Denizli bələdiyyə başqanını ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə Dənizlidə  təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

cwf58qlwiaa3xnl cwf58qiw8aamjom img_9371

Advertisements

11.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: