Kahramanmaraşda Q.Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb

Kahramanmaraşda Q.Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb

????????????????????????????????????

Türkiyənin Kahramanmaraş vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub. İlk imzalanma mərasimi Sütçü İmam Universitetində, ikincisi Türk Ocaklarında, üçüncü imzalanma mərasimi isə III Beynəlxalq Kitab və Mədəniyyət Kitab Fuarında keçirilib. Tədbirlərdə çoxlu sayda ziyalılar, gənclər, jurnalistlər iştirak ediblər. Təqdimat və imzalanma zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” kitabları da daxil olmaqla kitablarının təqdimatı və imzalanması olub. Bu cür gözəl tədbirlərin təşkili üçün Kahramanmaraş bələdiyyəsinə, Türk Ocaklarına və Universitet rəhbərliyinə, tədbirdə iştirak edənlərə və media mənsublarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək kitablarını oxuyucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə edilən gəlirin yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənməsindən çox məmnundur. Kitablarına diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edən Q.Paşayeva Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

Advertisements

07.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: