Türkiyədə Kahramanmaraşda Azərbaycanın müstəqilliyinin yenidən qazanmasının 25-ci ildönümü ilə bağlı konfrans keçirilib

Türkiyədə Kahramanmaraşda Azərbaycanın müstəqilliyinin yenidən qazanmasının 25-ci ildönümü ilə bağlı konfrans keçirilib

????????????????????????????????????

Kahramanmaraş Sütçü İmam Universiteti ilə Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyi tərəfindən Azərbaycanın müstəqilliyinin 25-ci ili münasibətiylə, ‘Türkiyə – Azərbaycan münasibətləri’ mövzusunda konfrans keçirilib. Konferansın açılışında çıxış edən Kahramanmaraş Böyükşəhər Bələdiyyə başqanı Mehmet Fatih Erkoç qardaş Azərbaycan xalqını təbrik edib və Azərbaycanın bayramı bizim də bayramımızdır deyib və iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Durmuş Deveci isə çıxışında qardaş ölkə Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiklərini xüsusi vurğulayaraq 2015-ci ili ‘Kahramanmaraş Sütçü İmam Universiteti və Azərbaycan Universitetləri Dostluq və İşbirliyi İli’ elan etdiklərini xatırladıb. “Əsasən ‘iki dövlət bir millət’ olan bizlər könülləri hər zaman bir olmuş böyük bir millətin fərdləriyik” deyən Rektor Deveci, Kahramanmaraş Sütçü İmam Universitetində 96 azərbaycanlı tələbənin təhsil aldığını, bu sayı qısa müddətdə artırmağı hədəflədiklərini bildirdi. Azərbaycanın Türkiyədəki səfirinin müşaviri Ramil Qurbanov Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək perspektivləri barədə danışıb. Kahramanmaraş Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin başqanı Tural Şahbazlı isə çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Açılış çıxışlarından sonra millət vəkili Qənirə Paşayeva, ‘Azərbaycan-Türkiyə münasibətləri’adlı geniş məruzə ilə çıxış edib. O, çıxışında bütün müsəlman Şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda qurulması barədə və eyni zamanda 25 il əvvəl öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçdiyi yol, əldə etdiyi uğurlar, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək perspektivləri ilə bağlı geniş məruzə edib və gənclərə çağırış səsləndirib.  Millət vəkili Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimiz daha yaxşı bilməlidir. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil,”- deyərək bitirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib, gənclərə kitablarını imzalayaraq hədiyyə edib. Tədbirin sonunda Azərbaycanın Türkiyədəki səfirinin müşaviri Ramil Qurbanov  və millət vəkili Q.Paşayeva bələdiyyə və rektora Azərbaycanla bağlı, ümummilli liderimiz Heydər Əliyevlə bağlı kitab və materiallar hədiyyə ediblər.

dsc_4616

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

dsc_4569

????????????????????????????????????

 

 

 

Advertisements

01.11.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: