Millət vəkili Q.Paşayevanın təşəbbüsü ilə Tovuzda göz xəstəlikləri ilə bağlı böyük aksiya, sakinlər pulsuz əməliyyat olundular

Tovuzda göz xəstəlikləri ilə bağlı böyük aksiya, sakinlər pulsuz əməliyyat olundular

img_1766Tovuz rayonunda göz xəstəlikliyindən əziyyət cəkənlər ücün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası rayon sakinlərinə tibbi xidmət göstərib. Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonundan millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib.Millət vəkili müayinəyə gələnlərlə görüşüb və onların problemləri ilə yaxından tanış olub və bir çox problemli müraciətləri yerindəcə həll edib. Səyyar klinikada xarici dövlətlərdə ixtisas almış yüksək səviyyəli həkim briqadası calışır.Səyyar klinikaya müraciət edən rayon əhalisinin gözləri diaqnostik müayinə olunub və müalicəlik olanlara müalicə təyin ediblər, əməliyyat gərəkli xəstələri isə əməliyyat edərək yola salıblar.  Özəlliklə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı bütün dəstək göstərilib. Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib.  29-30 oktyabr tarixində kecirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış kecirilib və onlardan 20 nəfərinə əməliyyat olunub. Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov, onların xahiş və müraciətlərini dəstəkləyərəq Tovuza belə bir briqada göndərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına  özlərinin və sakinlər adından təşəkkürlərini bildiriblər. Bu cür aksiyaların kənd rayonları üçün böyük əhəmiyyəti barədə danışan millət vəkili Qənirə Paşayeva  kəndləri gəzərkən göz əməliyyatına ehtiyacı olan və maddi imkanları zəif olan ailələrlə çox qarşılaşdığını deyərək bu cür aksiyaların 10-larla ailənin sevincinə səbəb olduğunu deyib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işçisi, həkim-oftolmoloq Y. Abdıyeva çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib, onların qayğıları ilə maraqlanıb.  Onu da qeyd edək ki, səyyar klinika müasir texnologiyaya əsaslanan tibbi avadanlıqlarla təchiz olunub və yüksək ixtisaslı həkim briqadası heç bir çətinlik çəkmədən bir çox əməliyyatları həyata kecirirlər.

img_1194 img_1527 img_1225 img_1545 img_1627 img_1548 img_1717 img_1563 img_1556

Advertisements

31.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: