Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsi sədrinə müraciət edib

Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsi sədrinə müraciət edib

14572999_968414949937211_1927358397055312120_nMillət vəkili Q.Paşayevanın AŞPA-da Nazirlər Komitəsi sədrinə müraciət edərək Avropada radikalların güclənməsi, İslamafobiyanın artması ciddi problemdir və bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır çağırışına Nazirlər Komitəsi sədri “siz haqlısınız çox təəssüf ki, bizim bir çox üzv dövlətlərimizdə biz irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanlarının qalxmasını müşahidə edirik” və mübarizə artmalıdır deyib.
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında hazırdı Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Estoniyanın xarici işlər naziri Yürgen Ligi çıxış edərək Assambleya üzvləri qarşısında AŞNK-nin fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Estoniyalı nazir daha sonra AŞPA üzvlərinin bir sıra suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumda təmsil olunduğu Avropa Liberallar və Demokratlar qrupu adından sual ünvanlayıb : “Cənab sədr Avropanın müxtəlif ölkələrində radikallıq getdikcə artır. Bir çox siyasi partiyaların, siyasətçilərin radikal açıqlamaları insanlara mənfi təsir göstərir, radikallaşdırır, anti-miqrant anti-İslam, anti-semitizm eyforiyasını, əhval-ruhiyyəsini Avropanın müxtəlif ölkələrində gücləndirir. Siyası partilayar, siyasıtçilər öz açıqlamaları ilə miqrantlar əleyhinə, İslam əleyhinə insanların radikallaşmasına səbəb olurlar. Və təssüf ki, bu cür radikal partiyalar hər seçkidə daha da çox səs alırlar. Bu radikal meyillərin Avropada artması NK ciddi narahat edirmi, qorxudurmu? Çünki bu meyillər bütün Avropanın gələcəyi üçün böyük risklər və dəhşətlər yarada bilər. Və NK bu cür radikal meyillərlə mübarizə istiqamətində hansı addımlar atır, hansı işləri görməyi planlaşdırır? Eyni zamanda Avropada mültukulturalizmi gücləndirmək, dəstəkləmək üçün NK hansı işləri görməyi, addımları atmağı planlaşdırır?” Azərbaycanlı millət vəkilinin sualına cavab verən Yürgen Ligi doğurdan da Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığını bildirdi. “Bəli, siz haqlısınız, çox təəssüf ki, bizim bir çox üzv dövlətlərimizdə biz irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanlarının qalxmasını müşahidə edirik. Hələ bu qaçqın və miqrantlar problemindən qabaq da biz bir çox ölkələrdə, hətta deyərdim bütün üzv ölkələrdə görürdük ki, ksenofob və populist cərəyanlar get-gedə populyarlaşırdı. Bu tendensiya əlbətdə ki, Avropada sülhə və demokratik təhlükəsizlik üçün təhlükəlidir. Ksenofobiya, dözümsüzlük, ekstremizm və irqçiliklə mübarizə aparmaq Nazirlər Komitəsi üçün başlıca prioritet olan məsələlərdəndir. Biz, eyni zamanda terrorizmə gətirib çıxardan radikallıqla mübarizə aparmaq üçün xüsusi mexanizmlərdən də istifadə edirik. Bura dövlətlərlə aramızdakı müxtəlif fəaliyyət planları və eləcə də AŞ-da bu məsələlərlə məşqul olan müəyən qurumlarla əməkdaşlığımız daxildir. Biz, AŞPA və NK səviyyəsində əlimizdə olan bütün alətlərdən istifadə etməliyik ki, bu kimi mənfi tendensiyalara qarşı daha da güclü mübarizə apara bilək”.

Advertisements

12.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: