Balıkesirdə Azərbaycan parkı və qardaş bələdiyyələr

Balıkesirdə Azərbaycan parkı və qardaş bələdiyyələr

14516611_1103124223074201_7926684058620835830_nAzərbaycanda səfərdə olan Balıkesir Altıeylül bələdiyyə başqanı Zefai Kafaoğlu, Balıkesir  millət vəkilləri,  Balıkesir bələdiyyə məclis üzvləri  millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparılıb.  Millət vəkili Q.Paşayevanın Balıkesirde bir neçə ay əvvəl Balıkesir Azərbaycan Cəmiyyətinin rəhbərı Ayhan Candemir və Tələbə Təmsilçisi İsmayıl Salmanovla birlikdə onunla görüşdə Azərbaycan, Qarabağ parkı salınması xahişi, təklifi səsləndirdiyini vurğulayan Altıeylül belediyye başqanı Zefai Kafaoğlu yaxın zamanlarda parkın açılacağını söyləyib və Q.Paşayevanı da orada görməkdən məmun olacaqlarını deyib. Azərbaycana böyük sevgiləri üçün təşəkkür edən millət vəkili Q.Paşayeva  qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycan çox sevdiklərini və özlərini Vətəndəki kimi hiss etdiklərini deyən Balıkesir Altıeylül belediyye başqanı Zefai Kafaoğlu, Balıkesir millət vəkili Ali Aydınlıoğlu ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Şəkidə gözəl görüş və müzakirələrin olduğunu deyən Zefai Kafaoğlu İnşallah yaxın zamanlarda gözəl Şəkimizlə Balıkesir Altıeylül qardaşlaşacaq və qardaş bələdiyyələr olacaqlar deyib. Balıkesirə səfərim zamanı, sizlərlə görüşlərdə bu cür qardaşlaşmanın çox önəmli olması barədə fikir mübadiləsi olmuşdu və çox sevinirəm ki qədim Şəkimizlə Altıeylül bələdiyyəsi qardaşlaşacaq və əməkdaşlıq daha da genişlənəcək deyən millət vəkili Q.Paşayeva bölgələrarası əlaqələrin genişlənməsinin vacibliyini xüsusi vurğulayıb.  Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən milllət vəkili Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. Çanaqqalada çoxlu sayda Azərbaycan türkünün də şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

14563331_1103124466407510_3268714030584901692_n 14572238_1103124273074196_8199579606163489640_n 14572411_1103123896407567_5314217755975350013_n 14590450_1103123973074226_7676698297097844628_n 14522756_1103124119740878_1967895332198231587_n

Advertisements

10.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: