Kamal kimi görmə qabiliyyəti olmayan 1-ci qrup əlil gənclərimizin mütləq ödənişli ali təhsildən azad olunmaları lazımdır

Kamal kimi görmə qabiliyyəti olmayan 1-ci qrup əlil gənclərimizin mütləq ödənişli ali təhsildən azad olunmaları lazımdır.

14522936_963324040446302_8961269424905420828_nÇünki ödəniş etməkdə çətinliklə üzləşdiklərinə görə təhsili başa vura bilmirlər. Kamal Hüseynov 1-ci qrup gözdən əlilldi. Amma hər kəsə görmədən də yaxşı oxuya bilməyin mümkünlüyü isbat edən dəyərli gənclərdən biridir. Ailəsinin və müəllimlərinin dəstəyi və əzmi ilə biliklərini daha da gücləndirərək Bakı Dövlət Universitetinin filalogiya fakultəsinin alman dili müəllimliyinə daxil olub. Gəncədə anadan olan Kamal sadə bir ailənin övladıdır. Ailəsi onun təhsil haqqına çətinliklərlə də olsa dəstək olmağa çalışıb ki böyük bir zəhmətlə universitetə daxil olan övladları oxusun. Amma 3-cü kursa gəldiyində ailənin təhsil haqqını ödəmək imkanları olmayıb və Kamal artıq 4-cü kursdadır. Təhsil haqqını ödəyə bilmədiyi üçün dövlət imtahanına buraxılmadığını üzüntü ilə söylədiyində çox üzüldüm. Çox kədərli idi. İmtahana girib təhsilini bitirib çalışmaq ailəsinə dəstək olmaq istəyir. Bakı Dövlət Universitetinin prorektoru Aydın müəllimlə danışdıq və Kamala universitetin daxili imkanları hesabına kömək etmələrini xahiş etdik. Sabah rektor, hörmətli Abel müəllmlə bu məsələni danışacağını bildirdi. Bu gün Abel müəllimə bununla bağlı rəsmi xahiş məktubu da göndərdik və ümid edirəm ki universitetin rektoru Kamalın məsələsini öyrəndiyi zaman ona kömək etməyə çalışacaq və sabah müsbət xəbər ala biləcəyik. Sentyabrın 30-da Millii Məclisdə də qaldırdıq bu məsələni. 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad olmadı lazımdır və inanırıq ki dövlətimiz bu istiqamətdə onlara dəstək olacaq. Qanunvericilikdə bu məsələnin öz həllini tapmasına qədər isə universitetlərimizin bu məsələdə daha həssas olacağına ümid edirik. Hər bir universitetimizdə bu cür tələbələrin sayı 2-3 nəfəri keçmir. Düşünürəm ki universitetlərimiz də daxili imkanlar hesabına onlara dəstək olmağa çalışsalar görmə imkanları məhdud gənclər üçün böyük bir stimul olar.

Advertisements

05.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: