Görmə imkanları məhdud dostumuz Azərlə gözəl söhbət etdik

Hər kəs onların dünyasının “siyah”(qara)olduğunu düşünəndə onlar mübarizə apararaq siyahdan qurtuluşu bulmaq üçün çalışdılar gecə-gündüz.

14519846_963042583807781_8519326745361159139_n Və Azər gözləri görməsə də əksər sağlamlardan daha çox bal, 530 bal toplayaraq daxil olmuşdu Bakı Dövlət Universitetinin tarix fakultəsinə və 2 il əvvəl universiteti bitirib. Amma bu günə qədər özünə iş tapa bilmir bu istedadlı gəncimiz.Azərlə geniş söhbət etdik. Çx istedadlı bir gəncdir və işləmək, özünə, ailəsinə, cəmiyyətə faydalı olmaq istəyir. Ən əsası isə yüzlərlə görmə imkanı olmayan gənclərə örnək olaraq “gözləriniz görməsə də sizin dünyanız siyah olmaya bilər və siz də mənim kimi öz dünyanızı daha rəngli və daaha gözəl edə bilərsiniz” deyə onlara stimul, mənəvi dayaq olmaq istəyir. Bu cür gənc örnəklərə böyük entiyacımız var. Görmə qabuliyyəti olmayan insanlara yanaşmamızı dəyişməliyik. Onların bir çoxunun ağlı, zəkası, istedadı və fiziki sağlamlığı bizdən də yaxşıdır və görmə qabiliyyətlərinin olmaması onlara əngəl olmamalıdır. Milli Məclisdə də qaldırdım bu məsələni. Ümid edirəm ki Azər kimi görmə qabiliyyəti olmayan 1-ci qrup əlillər universitetlərdə ödənişli ali təhsildən azad olacaqlar. Ümid edirəm ki dövlətimiz bunu edəcək və bu cür gənclərimizin təhsilinə gözəl bir dəstək addımı olacaq. Eyni zamanda onların işlə təminatı məsələsinə də diqqətimizi artırmalıyıq. Azər bəylə bağlı bu gün Təhsil naziri Mikayıl Cabbarova və Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümova millət vəkili olaraq xahiş müraciət məktubu göndərdim. Ümid edirəm ki Azərin məsələsinə həssaslıq və diqqətlə yanaşılacaq və qısa zamanda işlə təmin olunacaq. Azərin buna çox ehtiyacı var. istər maddi istərsə də mənəvi. Dəyərli dostum Azərə həyatda hər zaman böyük uğurlar diləyirəm. Allah hər zaman yardımçısı olsun! İnanırıq ki o cəmiyyətimiz üçün gözəl aydınlardan biri olacaq. Azərin bütün müəllimlərinə, Kamran Əsədov müəllimə xüsusilə və hər zaman yanında olan,onu dəstəkləyən dəyərli ailəsinə təşəkkürlər

Advertisements

05.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: