Enver Paşanın nəvəsi Arzi Enverlə gözəl görüş oldu

Enver Paşanın mənəvi dəyəri böyük olan şəxsi əşyalarından birini mənə hədiyyə edərək onun nəvəsi olaraq sizdə olmasını istəyirəm deyən gözəl xanım və dəyərli aydın Arzu Envere bir daha təşəkkür edirəm.

14468387_963158773796162_5315183449944011492_oEnver Paşa, Nuri Paşa və Xəlil Paşa ailəsinin layiqli davamçılarından olan Arzu Enverle İstanbuda gözəl görüş və fikir mübadiləsi oldu. Dədələri kimi Azərbaycanı və Türk dünyasını çox sevən bir insan, aydındır Arzu xanım. Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası birliyinin vacibliyi ilə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycana dəvətimizi böyük məmuniyyətlə qəbul etdi. İnşallah yaxın zamanlarda birlikdə maraqlı tədbirlər təşkil edəcəyik və ölkəmizə gələcək. Azərbaycan üçün böyük fədakarlıqlar etmiş Nuri Paşa, Xəlil Paşa və Enver Paşa ailəsinin davamçıları üçün bura bizim qədər onların da Vətənidir. Və Arzu xanımda Azərbaycana belə bir mhəbbətin olduğunu görmək çətin deyildi. “Siz hər zaman istər jurnalist istər də millət vəkili kimi bizim ailəmizə böyük dəyər veribsiniz ona görə də istəyirəm ki babam Ənvər Paşayanın bizim üçün mənəvi anlada çox dəyərli olan əşyalarından birini sizə hədiyyə edim” deyən Arzu xanıma təşəkkür edib bildirdim ki Ənvər Paşaya məxsus əşyalardan biri mənim üçün çox böyük və dəyərli hədiyyədir amma düşünürəm ki bu dəyərli hədiyyəni Azərbaycan muzeylərinin birinə hədiyyə etməyim doğru addım olardı. Duyğulandı və “Azərbaycan, oradakı insanlarımıza dədələrim Nuri Paşa, Xəlil Paşa və Enver Paşaya verdikləri dəyər və vəfakarlıqları bizi hər zaman çox duyğulandırır, bir daha oradakı insanlarımıza təşəkkür edirəm, salam və sevgilərimi göndərirəm, inşallah yaxın zamanlarda gözəl Azərbaycana yenidən gələcəm” dedi.

Advertisements

05.10.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: