Millət vəkili Q.Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib

Millət vəkili Q.Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib. 

146416273294233478_1000x669Milli Məclisdə çıxş edən millət vəkili Q. Paşayeva həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. “Bu adamların sayı o qədər də çox deyil. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir və universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə mütləq baxılmalı və məsələ öz həllini tapmalıdır. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.

Advertisements

30.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: