Millət vəkili Q. Paşayeva Hollandiyada ermənilərin məhkəməyə verdiyi İlhan Aşkınla bağlı məsələni Milli Məclisdə qaldırdı və ona dəstək olmağa çağırdı

Millət vəkili Q. Paşayeva Hollandiyada ermənilərin məhkəməyə verdiyi İlhan Aşkınla bağlı məsələni Milli Məclisdə qaldırdı və ona dəstək olmağa çağırdı.

_MG_0311Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Hollandiyada diaspor rəhbəri İlhan Aşkına qarşı ermənilərin şikayəti əsasında qaldırılmış cinayət işi məsələsi müzakirə olunub. Millət vəkili Qənirə Paşayeva bildirib ki, iki il əvvəl mitinqdə qondarma erməni soyqırımı və tarixdə olmayan belə bir soyqırıma görə 2014-cü ildə Hollandiyada bir neçə abidə qoyulmasına etiraz bildirib, mitinqdə çıxışında Xocalı soyqırımından, Azərbaycanın işğal olunmuş torpaqlarından danışan İlhan Aşkın ermənilərin müraciəti ilə polis nəzarətində prokurorluğa çağırılıb. Söz, ifadə azadlığından dərs keçmək iddiasında olan Avropa ölkələrində, Hollandiyada bu cür hadisə, mitinqdə etdiyi çıxışına görə, ədaləti, gerçəkləri söylədiyinə görə İlhan Aşkının qarşı bu addımlar ədalətsiz yanaşmadır və buna etiraz edirik. “İlhan bəy bildirib ki, o, dünyanın hər yerindəki Azərbaycanlılardan, Türklərdən mənəvi dəstək gözləyir. Düşünürəm ki, yüksək hazırlıqlı vəkillərlə onun hüquqları müdafiə olunmalıdır və bu prosesdə ona ciddi dəstək olmalıyıq. Çünki Xocalı Soyqırımı, işğal altında olan Azərbaycan torpaqlarını daim yaşadığı ölkələrdə gündəmə çıxaran diaspor fəallarına qarşı ermənilərin bu cür məkrli addımlarla onları susdurmaq cəhdlərinə imkan verilməməlidir. İlhan bəyə qarşı ermənilərin bu addımları Hollandiya Xocalı soyqırımına abidə qoyulması məsələsi başlayandan başlamışdı və ermənilər və onların havadarları bu cür yollarla onu susdurmaq istəyir”. Deputat qeyd edib ki, bütün dünyadakı azərbaycanlılar, hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderimizə dəstək verməlidir. Millət vəkili Fazil Mustafa millət vəkili Q. Paşayevanın təklifini dəstəkləyib və bildirib ki İlhan Aşkına dəstək olmalıyıq. Spiker Oqtay Əsədov isə bildirib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.

Advertisements

30.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: