Qəhrəman Nuri Paşanın qəbirüstü abidəsi yüksək səviyyədə abadlaşdı

Qəhrəman Nuri Paşanın qəbirüstü abidəsi yüksək səviyyədə abadlaşdı

14370135_954196488025724_4358992203951451576_nDəyərli qardaşım Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbul Edirne Kapı Şehitliyinde Nuri Paşanın qəbrini axtarmışdıq. Qəbirstanlıq görəvliləri bilmirdilər kimdir axı axtardığımız Nuri Paşa.Yağışlı havada ayaqlarımız tamam palçıq içində təmizlədik Nuri Paşanın kollar içərisində gizlənib qalmış balaca məzar daşını.Üstündə sadəcə Nuri Killigil yazılmış balaca bir qəbir daşı vardı kollar içində gizlənmiş.İkimiz də üzüntü içərisində idik. Çünki bu ona layiq bir qəbirüstü deyildi. Bayraq qoyduq üzərinə. Uğrunda böyük əziyyətlər çəkdiyi Türkiyə və Azərbaycan bayrağı. O zaman Akif bəylə birlikdə Türkiyə və Azərbaycana çağırış edən bir yazı ilə çıxış etdik və Nuri Paşanın qəbirüstü abidəsini ona layiq şəkildə düzəldilməsinə çağırdıq. Səsimizə səs verənlər oldu. Türk Silahlı Qüvvələri reaksiya verdi yazıya. Zəng etdilər. İstanbul Böyükşehir bələdiyyəsində Ramazan Minder bəyə isə çox təşəkkür edirik. Dəyərli qardaşımız Mayis Alizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə görüşdük. Qısa zamanda yüsək səviyyədə düzələcək qəbirüstü abidə də, ətrafı da dedi Ramazan bəy. Sonra qəbirüstü abidənin layihəsinə baxdıq birlikdə, təkliflərimizi soruşdu Ramazan bəy. Biz də bəzi əlavə fikirlərimizi, təkliflərimizi söylədik. Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın diləyimizə sə başqa cür də ola bilməz cavabı verdi Ramazan bəy. Və artıq abidə açılışa hazırdır. Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalanacaq abidədə. Akif bəylə aylar əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq. Əməyi keçən hər kəsə təşəkkürlər. Ramazan Minder bəyə, Akif Aşırlı bəyə, Mayis bəyə, Nuri Paşa kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə. Nur içində yat Nuri Paşa. Haqqın olan qəbirüstü abidə budur və İnşallah inanırıq ki, 28 sentyabrda keçiriləcək açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar oxuyub, sevgi və sayğl ilə anacağıq səni. Nur içində yat qəhrəman Nuri Paşa. Qəbirüstü abidənin yeni fotolarını göndərən dəyərli dost Mayis Əlizadəyə təşəkkürlər.

14424859_954188518026521_7740877210275088123_o 14355035_954196838025689_4135329549158657602_n 14362523_954196401359066_298648880458112809_o

Advertisements

23.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: