Millət vəkili Q.Paşayevanın Türkiyənin Konyaaltı bölgəsində Azərbaycan parkı təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib

Millət vəkili Q.Paşayevanın Türkiyənin Konyaaltı bölgəsində Azərbaycan parkı təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib.

dscn8101Millət vəkili Qənirə Paşayeva Konyaaltı bələdiyyə başçısı Muhittin Böceklə görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Konyaaltı bölgəsi və bələdiyyəsini də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Konyaaltının mərkəzi parklardan birinə “Azərbaycan” adının veriləcəyinə və orada Qarabağ, Xocalı Soyqırımı ilə bağlı məlumatların öz əksini tapacağı lövhələrin, abidələrin qoyulacağına inandığını deyib və Konyaaltı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Konyaaltı bələdiyyə başçısı Muhittin Böcek Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Konyaaltında Azərbaycan parkı və orada abidə qoyulması  ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissəsələrində Konyaaltının da  yer alacağını bildirib. Konyaaltı bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Konyaaltı bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.  Görüşdə Antalyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları, ASKEF rəsmiləri də iştirak edib və geniş fikir mübadiləsi aparılıb. 

Advertisements

19.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: