Millət vəkili Q.Paşayeva Yeni Dərs ili ilə bağlı Qovlarda müəllimlərlə görüşdü

Millət vəkili Q.Paşayeva Yeni Dərs ili ilə bağlı Qovlarda müəllimlərlə görüşdü və xahişlərini Təhsil nazirinə çatdıracağına söz verdi.
14352439_951180348327338_2487482123688210727_o
Q.Paşayeva Yeni Dərs İli münasibəti ilə Qovlar şəhərində M.Məmmədov adına orta məktəbini ziyarət edərək müəllim və şagirdlərlə görüşüb, onları Yeni Dərs İli münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb. Məktəbin direktoru Fatma Allahverdiyeva və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat veriblər. Q. Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb. M.Məmmədov adına məktəbin hər zaman özünün müsbət göstəriciləri ilə fərqlənən və çoxlu sayda ziyalı yetişdirmiş məktəblərdən biri olduğunu deyən millət vəkili Qənirə Paşayevaya müəllimlər Qovlar şəhəri M.Məmmədov adına orta məktəbin yeni məktəb binasına və ya əsaslı təmirə böyük ehtiyacı olduğunu, Q. Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Qovlar şəhərində M.Məmmədov adına orta məktəbi ilə bağlı hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və yaxın zamanlarda problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi müraciət edəcəyini də vurğulayıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini xüsusi vurğulayan millət vəkili məktəbdə şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretı, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib. Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayırmalarının vacibliyi ilə bağlı müəlimlərimizin daiim gənclərlə söhbətlərinə böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva mən inanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq deyib. Q.Paşayeva yaxşı oxuyan şagirdlərlə də görüşüb, onlarla geniş fikiir mübadiləsi aparıb və görüşün sonunda onların hər birinə çoxlu kitablar hədiyyə edib.

14372119_951182028327170_6775677581922660519_o

14372336_951180644993975_6352966094261863843_o 14352293_951180421660664_3147897780882244992_o 14362450_951180881660618_5007478058113513796_o 14324498_951181598327213_4331856053101768737_o 14372119_951182028327170_6775677581922660519_o

Advertisements

19.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: