Ölməz “Ölülər” əsərinin gürcü dilində təqdimatı keçirilib

Ölməz “Ölülər” əsərinin gürcü dilində təqdimatı keçirilib.

14311318_1084181734968450_6306196301254086638_oAvrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə Atatürk mərkəzində dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin gürcü, Aşıq Qurbaninin şeirlərinin  rus dilində nəşrlərinin və bu kitabların tərcüməçisi, jurnalist, şairə və ictimai xadim Anna Barkutaşvilinin Azərbaycan ədəbiyyatından gürcü və rus dilinə çevirdiyi kitabların təqdimatı keçirilib. Tədbirin açılışında çıxış edən Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov bu nəşrin gürcü dilinə tərcüməsinin böyük əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gürcüstanın fəxri vətəndaşı Qənirə Paşayeva bu nəşrin Azərbaycan-Gürcüstanın münasibətlərinə, mədəni əlaqələrin genişlənməsinə mühüm töfhə verəcəyini bildirdi. Anna Bartkulaşvilinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında gördüyü işlərdən danışan millət vəkili Q. Paşayeva Azərbaycanın böyük oğlu Cəlil Məmmədquluzadənin bu gün də çox aktual olan “Ölülər” əsərinin gürcücə tərcüməsinin önəmindən və digər tərcümə əsərlərinin vacibliyindən danışıb. Kitabların Gürcüstanda yayılacağını bildirən Q. Paşayeva gürcü oxucularının marağına səbəb olacağına inandığını da deyib. Ardınca çıxış edən Anna Bartkulaşvili bu tərcüməni böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin yaradıcığılı ilə tanış olmaq üçün bir fürsət olduğunu vurğuladı. Sonra Gürcüstanın səfirliyinin əməkdaşları, gürcü ictimai xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və ictimayyət nümayəndələri çıxış etdilər. Bu cür kitabların sayının daha da artması diləkləri səsləndi.

14361275_1084787198241237_4535026854516029814_o 14290002_1084180618301895_7593015307635819143_o 14305252_1084180141635276_2469624773504171847_o 14289792_1084179678301989_2092435234119159802_o

Advertisements

15.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: