Qurban bayramı ziyarətlərinə qadın sığınacağından başladıq

Bu gün Qurban bayramına Mehriban Zeynalova rəhbərlik etdiyi Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyininin ailədaxili zorakılığın qurban olmuş qadınlar üçün sığınacağını ziyarətlə başladıq.

14344205_946475338797839_8612038157425750961_n-1Məqsədimiz böyük acılarla üzləşmiş qadınların bayramını təbrik etmək idi. Amma təxminən 2 saat müzakirələr apardıq. Hər bir qadının, hər bir ananın taleyi o qədər problemlərlə dolu idi ki dəstək etmək üçün haradan başlayacağını müəyyən etmək də asan deyil. İnşallah əlimizdən gələn dəstəyi edəcəyimizə, özəlliklə anaları ilə bərabər bu mərkəzə sığınmaq zorunda qalan qızların məktəbə gedə bilməsi üçün Təhsil nazirliyi ilə danışıb kömək etmələrini xahiş edəcəcəyik. Bir sıra məsələləri qeyd etdik və Mehriban xanımla, mərkəzin əməkdaşları ilə bərabər onların həlli üçün əlimizdən gələni edəcəyik. Nə yaxşı ki belə mərkəz var. Çünki bəzi qadınlar buraya gələnə qədər 2-3 gün çöldə qalmalı olduqlarını, bəziləri intihar belə etmək istədiyini deyəndə insan dəhşətə gəlirdi. Mehriban xanım və mərkəzin əməkdaşları sağolsun. Əllərindən gələn dəstəyi edirlər. Bu cür qadınlara, onlara dəstək olan qurumlara dövlət qurumlarımızın dəstəyi daha da artmalıdır. Amma bu qadınlar üçün əsl bayram sevincini ailələri yaşada bilər. Özəlliklə övladlarını görmək həsrəti ilə yaşayan qadınların ailələrinə səslənərək həyatda hər bir şey ola bilər amma övladları ana ilə üz-üzə qoymayın, onların görüşünə icazə verin. Bu ayram günündə gözüyaşlı bəzi analara ən böyük hədiyyə bu ola bilər. Alkoqolizmə düçar olub ailəsini pərişan edənlər bu gün ata həsrəti ilə yolunuzu gözləyən övladlarınızın gözlərinə sadəcə bir dəfə diqqətlə baxsanız siizi məhv edən o düşmana əlvida deməyə güc tapa bilərsiniz özünüzdə.. Öz günahlarına xanımını alət edib sonra onu çöllərə atanlar sizə deyəcək isə sözüm yoxdur. Siz layiq olduğunuzu Allah versin. Bir qadının kimsəsizliyindən istifadə edib maddi çıxarları üçün onu taleyin ümidinə buraxanlar İlahi ədaləti unutmayın.Etdiyi xətalarına görə qızından, həyat yoldaşından, gəlinindən imtina edənlər həyatda hər kəs xəta edə bilər. Yaxşı o insandır ki bir insana xətalarını düzəldə bilmək üçün şans versin. Daha çox şeylərddə söyləmək istərdim. Qəlbimdən sanki bir daş asılıb orada çıxandan sonra. Özəlliklə uşaqların gözlərindəki kəsər insanı çox üzür. Ümid edirəm ki bu ailələrdən yaxıb günlərdə sevindirici xəbərlər ala biləcəyik. Hər halda buna ümid edirəm. Ailəsini itirmiş yaşlı bir qadını qızının gəlib tapmasına və aparmasına isə çox sevindim. Nə qəddər yaşı şərait olursa-olsun insana heç bir çey öz evinin əvəzini verə bilməz. Bayramınız mübarək əziz qadınlar. Bayramda qadınlarımızı bizimlə birlikdə təbrikə gedən dəyərli qardaşımız Mehmet beyə də təşəkkürlər!

14232984_946475572131149_1785577411482676826_n 14233062_946476572131049_5244995377365099083_n 14344718_946475808797792_9085977234142447961_n 14354994_946475908797782_5235424658216977177_n 14344205_946475338797839_8612038157425750961_n 14292448_946476095464430_815829656397084183_n

Advertisements

14.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: