Millət vəkili Q.Paşayeva Türk Dünyası aydınları ilə Qarabağdan danışıb və onları Qarabağ həqiqətlərinin daha geniş yayılmasında səylərini artırmağa çağırıb.

Millət vəkili Q.Paşayeva Türk Dünyası aydınları ilə Qarabağdan danışıb və onları Qarabağ həqiqətlərinin daha geniş yayılmasında səylərini artırmağa çağırıb.

14355106_946441478801225_3183471668661537216_nQardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan Türkləri, Uyğur Türkləri, Batı Trakya Türkləri (Yunanıstan), Balkan Türkləri aydınları, alimləri, QHT və KİV rəhbərləri ilə görüşdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva onlara ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər QHT və KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onlara fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ problemi mövzusuna daha geniş yer verməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu, Qarabağ həqiqətlərini özündə geniş əks etdirən materialları təqdim edib. Azərbaycanı çox sevdiklərini deyən Qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan Türkləri, Uyğur Türkləri, Batı Trakya Türkləri (Yunanıstan), Balkan Türkləri aydınları, alimləri, QHT və KİV rəhbərləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Millət vəkili Q. Paşayeva görüşün sonunda onları ölkəmizdə görməkdən məmuniyyət duyacağımızı deyib.

Advertisements

14.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: