Millət vəkili Qənirə Paşayeva Tovuzda çoxlu sayda şagirdlərin iştirakı ilə “Sağlam gələcək üçün siqaretə YOX deyirik!” adlı tədbir keçirib

Millət vəkili Qənirə Paşayeva Tovuzda çoxlu sayda şagirdlərin iştirakı ilə “Sağlam gələcək üçün siqaretə YOX deyirik!” adlı tədbir keçirib.

14332925_945645648880808_8130100712982582464_nMillət vəkili Q.Paşayeva hazırda il ərzində 6 milyona yaxın insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirələr”. Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabını gənclərə hədiyyə edib və bu kitab siqareti tərgitmək istəyən insanlara böyük kömək edə bilər deyib. Kitabda aşırı siqaret çəkən şəxsin zamanla bu yoldan necə azad olması açıq-aşkar şəkildə öz əksini tapıb. İnsanlar da bu kitabı oxuyaraq düşünəcək və bu zərərli vərdişdən necə qurtulmağın yollarını özləri üçün müəyyən edəcəklər. Bu kitabın daha çox siqaret çəkiləcək və ya çəkilə biləcək mühitdə yayılması önəmlidir. “Gənclər arasında siqaret çəkənlərin sayı bizi sözün həqiqi mənasında ciddi narahat edir və etməlidir” deyən millət vəkili Qənirə Paşayeva onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva şagirdlərlə söhbətində, “Siqareti atmağın asan yolu” kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş etdi: “İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar”deyə bildirib.
Millət vəkili Q.Paşayeva təssüflə bildirib ki, bu gün demək olar ki, əksər ictimai yerlərdə insanlar rahat şəkildə siqaretdən, tütün məsullarından istifadə edirlər ki, bununla da özləri ilə bərabər siqaretdən istifadə etməyənləri də onun zərərli təsirlərinə məruz qoyurlar. İctimai yerlərdə siqaretin çəkilməsinin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayaraq gəncləri bu məsələlərə daim həssaslıq nümayiş etdirməyə çağırıb və bildirib ki, biz ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını almaq üçün bərabər maarifləndirmə işlərini gücləndirməliyik. Tədbir zamanı millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən gənclərə bütün dünyada bestseller olan və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib və gənclərdən ibarət qrup yaradılıb və onlar bu istiqmətdə öz kəndlərində həm gənclər həm də digər yaş qruplarından insanlar arasında əldə etdikləri kitab və məlumatları dərindən öyrənərək könüllü təbliğat aparmağa və bu missiyanı böyük məmuniyyətlə yerinə yetirəcəklərinə dair millət vəkili Qənirə Paşayevaya söz veriblər. Hazırda il ərzində 5 milyondan artıq insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini deyən Qənirə Paşayeva biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik deyib. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır deyən Q.Paşayeva gənclərin bu istiqamətdə suallarını da cavablandırıb. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən Qənirə Paşayeva özəlliklə gənc oğlanları çox diqqətli olmağa, öz həyatları öz əlləri ilə məhv etməməyə çağırıb.

14225490_945645975547442_5312301945765360946_n 14232649_945646172214089_6835408291262829945_n 14237744_945646062214100_6254482257707511911_n 14264805_945645822214124_7075985169862096393_n 14264922_945645922214114_7335239470328986290_n 14317596_945646288880744_7508095669305010103_n 14242284_945645498880823_224153199144772093_o

Advertisements

14.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: