Bakıda 15 sentyabr Bakının işğaldan azad edilməsi(1918) günü ilə bağlı Nuri Paşa və Qafqaz İslam Ordusu ilə bağlı yeni və maraqlı faktların da açıqlandığı, Azərbaycan və Türkiyə araşdırmaçılarının iştirak etdiyi tədbir keçirilib

Bakıda 15 sentyabr Bakının  azad edilməsi(1918) günü ilə bağlı  Nuri Paşa və Qafqaz İslam Ordusu ilə bağlı yeni və maraqlı  faktların da açıqlandığı, Azərbaycan və Türkiyə araşdırmaçılarının iştirak etdiyi  tədbir keçirilib.

????????????????????????????????????

Sentyabrın 14-də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda toplantı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə həmçinin türkiyəli araşdırmaçı Atilla Oralın müəllifi olduğu “Nuri Killigil” kitabının təqdimatı olub. Tədbiri açan araşdırmaçı jurnalist Akif Aşırlı Azərbaycanın müstəqilli qazanmasında Qafqaz İslam Ordusunun, onun komandanı Nuri Paşanın misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, araşdırmaçı Atilla Oralın bu kitabı Türkiyədə o qədər də tanınmayan Nuri Paşanın xatirəsinə böyük bir hədiyyədir. Kitabın müəllifi Atilla Oral Azərbaycanda Nuri Paşa və Qafqaz İslam Ordusuna göstərilən sevgi və sayğıdan məmnun olduğunu dilə gətirib. O bildirib ki, bu yöndə araşdırmalarını davam etdirəcək. Növbəti bölümlərdə Nuri Paşanın Azərbaycanla bağlı həyatına daha çox yer verəcək. VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan paytaxtında Nuri Paşaya hələ də abidə qoyulmamasından gileylənib. Bildirib ki, bu məsələ yenidən gündəmə gətirilməlidir. Cümhuriyyət tarixinin araşdırıcısı professor Anar İsgəndərov Osmanlı dövlətinin ən ağır dönəmində Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını Allahın xalqımıza bir lütfü kimi qiymətləndirib. ATXƏM sədri İlham İsmayılov Atilla Oralın hazırladığı kitabı yüksək qiymətləndirərək bu cür insanların fəaliyyətinin dəstəklənməsinin zəruri olduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da Qafqaz İslam Ordusu hərəkatının xatirəsinin davamlı anılması üçün silsilə tədbirlər keçirəcəklərini qeyd edib. Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva Atilla Oralı Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onun yazdığı kitabını Türkiyə və Azərbaycan insanının Nuri Paşanı daha geniş  tanıması baxımından dəyərli mənbə kimi qiymətləndirib. Q.Paşayeva bir müddət əvvəl İstanbulda Akif Aşırlı ilə birlikdə Nuri Paşanın məzarını necə tapdıqları haqda məlumat verib. Qeyd edib ki, əvvəl o qədər də baxımlı şəraitdə olmayan məzarın üstü  Türkiyənin bəzi qurum və şəxsləri tərəfindən  abadlaşdırılıb. Yaxın vaxtlarda açılışı olacaq: “Bu addımlarla, Nuru Paşa ilə yanaşı yüzlərlə şəhidimizin də ruhu şad olacaq! Nuru Paşanın müəmmalı partlayışa qurban getməsi, o partlayışın törədilməsində ermənilərin əlinin olmasına dair şübhələr cavabını gözləyən suallardır. Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur”.  Qeyd edək ki sentyabrin 15-də saat 18.00-da Kitabevim.az-da türkiyəli araşdırmaçı Atilla Oralın müəllifi olduğu “Nuri Killigil” kitabının imzalanması mərasimi də keçiriləcək.

????????????????????????????????????

14289933_1084190131634277_3486482611786206474_o

????????????????????????????????????

????????????????????????????????????

Advertisements

14.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: