Millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş Qovlar şəhərində sakinlərlə görüşüb

Millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş Qovlar şəhərində sakinlərlə görüşüb

????????????????????????????????????

Millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl güclü külək nəticəsində zərər dəymiş Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyib. Millət vəkili Q.Paşayeva onların qaldırdığı məsələlərlə bağlı  müvafiq qurumlara müraciətlər etdiyini deyərək sakinlərin müraciətlərini təkrar onlara çatdıracağına söz verib. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Q.Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qovlar şəhərində Sevil Qazıyeva ilə Asif Feyzullayev küçəsindəki sakinlərin içməli su problemləri ilə bağlı müraciətlərini dinləyən millət vəkili müvafiq qurumla problemin qısa zamanda həlli yollarını müzakirə etdiyini dedi. Millət vəkili Qənirə Paşayeva Tovuz rayon SuKanal İdarəsinin rəisi Azər Zeynalov problemin qısa zamanda həllini tapacağını dediyini qeyd etdi və bildirdi ki, ümid edirik ki, Qovlara növbəti səfərdə bu problemin yerində həllinin şahidi olacağıq. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Qovlar şəhərində  görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.

14192047_1078594892193801_748973099126465211_n 14199236_1078595835527040_5218250576404086136_n 14212054_1078595248860432_6657259694282257391_n 14224870_1077383822314908_6503464086008892373_n 14232422_1078764928843464_5953046907224194743_n 14233268_1078595605527063_6346878987228837569_n 14238301_1078596428860314_1059360000470119280_n

Advertisements

09.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: