Millət vəkili Q.Paşayeva Tovuzda kəndlərdə vətəndaşlarla görüşüb,qayğıları ilə maraqlanıb

Millət vəkili Q.Paşayeva Tovuzda kəndlərdə vətəndaşlarla görüşüb,qayğıları ilə maraqlanıb.

14237506_1077386618981295_5686975757389594778_nMillət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Q.Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Su problemləri ilə bağlı müraciətləri millət vəkili müvafiq qurumun rəhbərliyinə çatdıraraq həllində vətəndaşlara dəstək olmağa çağırıb. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili  kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

 

1 3 5 14183809_1078592498860707_5049291807090951474_n 14184433_1078764078843549_6811184859567330795_n 14202603_1077392202314070_7758447658825160542_n 14202764_1078757348844222_405004994883913382_n 14212089_1078592288860728_5291126383361916674_n 14225418_1078593498860607_9126449742761498401_n 14238127_1078591082194182_1957068125088235337_n 14238342_1078589028861054_8601388431869776703_n 14265047_1077385525648071_6357750272489054989_n 14212835_1078593692193921_8487929672189757311_n

Advertisements

07.09.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: