Millət vəkili Q.Paşayeva TÜRK PA və Türk Akademiyası rəhbərliyi ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva TÜRK PA və Türk Akademiyası rəhbərliyi ilə Qarabağdan danışıb.

14017885_1100224963347993_929913735_nMillət vəkili Qənirə Paşayeva TÜRK PA Baş Katibi Jandos Asanov ilə görüşündə bildirib ki bu gün Türk dövlət və toplumları arasında qarşılıqlı əməkdaşlıq və dəstəyin artmasına böyük ehtiyac var. Birliyimiz gücümüzü daha da artırar və buna hamımızın ciddi ehtiyacı var deyən millət vəkili Q. Paşayeva Ermənistanın işğalçılıq siyasəti, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında qardaş dövlət və toplumların səylərini daha da artırmasının vacibliyindən danışıb. Millət vəkili Q. Paşayeva Türk Akademiyasının rəhbərliyi ilə görüşündə isə ortaq türk tarixi dərsliklərinin türk dövlət və toplumlarında geniş yayılmasını vacibliyindən danışıb. “Türkdilli ölkələrinin ortaq tarix dərsliklərinin tədris edilməsinin böyük əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir.” “Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır”.Q. Paşayeva həmçinin türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Belə olarsa türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər”. Millət vəkili Q.Paşayevanın Qırğızıstanın sabiq Mədəniyyət naziri Altınbek Maksutov və Buryatiya Türklərinin ictimai xadimləri ilə də görüşdə Qarabağ həqiqətlərindən, qondarma erməni soyqırımı yalanlarından geniş danışıb. Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik deyən millət vəkili Q.Paşayeva xalqımızın bu istiqamətdə qardaş dövlət və toplumlardan daha çox dəstək gözlədiyini deyib. Millət vəkili bütün görüşlərdə Azərbaycan həqiqətləri ilə bağlı materialları qardaş dövlət və toplum rəsmilərinə, təşkilat rəhbərlərinə təqdim edib.

14009791_1100000580037098_2089159819_n 14017655_806401012829251_72580465_n 14009990_806361579499861_1827593783_n 14031016_806371512832201_633878330_n 13957594_1100090413361448_1508035322_n

Advertisements

23.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: