Millət vəkili Q.Paşayeva Özbək, Qırğız, Başqırd, Çuvaş, Tuva, Şimali Kipr və Macar aydınları ilə görüşdə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Özbək, Qırğız, Başqırd, Çuvaş, Tuva, Şimali Kipr və Macar aydınları ilə görüşdə Qarabağdan danışıb.

14063930_926724670772906_7795035803263494837_nMacarıstanda Turan Qurultayı çərçivəsində Özbək, Qırğız, Başqırd, Çuvaş, Tuva, Şimali Kipr və Macar aydınları,alimləri, QHT və KİV rəhbərləri ilə görüşdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva onlara ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər QHT və KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onlara fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ problemi mövzusuna daha geniş yer verməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu, Qarabağ həqiqətlərini özündə geniş əks etdirənmaterialları təqdim edib. Azərbaycanı çox sevdiklərini deyən Özbək, Qırğız, Başqırd, Çuvaş, Tuva, Şimali Kipr və Macar aydınları, alimləri, QHT və KİV rəhbərləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva həmçinin Turan Qurultayında iştirak edən Özbək, Qırğız, Başqırd, Çuvaş, Tuva, Şimali Kipr və Macar sənətçilərlə də görüşüb və onlara uğurlar arzulayıb. Macarların Türklərlə qorum olduğu düşüncəsini müdafiə edən Sabadoş Dyord, Atilla Matefi kimi tarixçilərlə də görüşən millət vəkili Q. Paşayeva onlarla geniş fikir mübadiləsi aparıb. Tarixçi alimlər Azərbaycanla Macarıstan əlaqələrinin daha qədim tarixə malik olduğunu deyərək müəyyən araşdırmalar aparmaq üçün Azərbaycana gəlmək niyyətində olduqlarını da bildiriblər. Millət vəkili Q. Paşayeva onları ölkəmizdə görməkdən məmuniyyət duyacağımızı deyib.

13934829_926726850772688_4478527985082529592_n 13938074_926725684106138_4823127121245287368_o 13939403_926725334106173_4563125683017650131_n 14067764_926727197439320_3067699382373863674_o 14039913_926726567439383_960588673687727202_n

Advertisements

22.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: