Millət vəkili Q.Paşayeva Macarıstanın Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərliyi ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Macarıstanın Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərliyi ilə Qarabağdan danışıb.

14022174_926586057453434_1166245841605403756_nMillət vəkili Q.Paşayevanın Macarıstanın Buqaç bölgəsinin Azərbaycan bölgələrindən biri ilə qardaşlamasının önəmi barədə fikirlərini mer Szabo Laszlo dəstəkləyib. Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Q. Paşayeva Macarıstanıın Kiskunfeledyhdza bölgəsinin meri Csanyi Jozsef və qubernator Rideq Laslo və Buğaç meri Szabo Laszlo ilə görüş zamanı Azərbaycan-Macarıstam münasibətləri, ölkəmizin dost Macarıstanla münasibətlərin inkişafına verdiyi böyük önəm, bu ölkədə keçirilən Turan Qurultayının vacibliyi ilə bağlı fikirlərini səsləndirib. Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə də danışan millət vəkili Q. Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımı barədə həqiqətlərin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində ortaq səylərin artmasının vacibliyini də vurğulayıb. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini deyən Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərlikləri Azərbaycana səfər etmək və əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıblar. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Millət vəkili Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərliyinə Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib.

14045760_926581827453857_1211616230741398033_n 14055176_926581187453921_6660021313597872327_n

Advertisements

22.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: