Millət vəkili Q.Paşayeva Misir Mədəniyyət Mərkəzi ilə görüşdə bu ölkə ilə bağlı yaxın günlərdə kitabının oxucuların ixtiyarına veriləcəyini deyib

Millət vəkili Q.Paşayeva Misir Mədəniyyət Mərkəzi ilə görüşdə bu ölkə ilə bağlı yaxın günlərdə kitabının oxucuların ixtiyarına veriləcəyini deyib.  

20160802_135351_resizedMillət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib.Dəfələrlə Misirdə səfərdə olduğunu deyən Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Misirlə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyini  vurğulayaraq, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu, Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürüb. Millət vəkili Q.Paşayeva Misirlə bağlı yazdığı “Qənirə Paşayeva ilə addım-addım Misir” kitabını başa çatdırdığını və sentyabr ayında oxucuların ixtiyarına veriləcəyini deyib. Millət vəkili Q. Paşayevanın Misirlə bağlı kitab yazmasını yüksək qiymətləndirdiklərini deyən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi millət vəkilinə təşəkkürünü bildirib və kitabın Azərbaycan oxucuları üçün maraqlı olacağına inandığını deyib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin işi ilə tanış olan millət vəkili Q. Paşayeva məmnunluğunu ifadə edib.

20160802_135410_resized 20160802_132105_resized 20160802_134940_resized 20160802_135722(0)_resized 20160802_134916_resized 20160802_134646(0)_resized

Advertisements

11.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: