Millət vəkili Q.Paşayevanın Belçika Parlamentinin üzvü Güler Turanla görüşdə Xocalı Soyqırımından danışıb

Millət vəkili Q.Paşayevanın Belçika Parlamentinin üzvü Güler Turanla görüşdə Xocalı Soyqırımından danışıb.

13692539_910806559031384_8338762463184678498_nMillət vəkili Q. Paşayevanın Belçika Parlamentinin Türk kökənli millət vəkili Güler Turanla görüşdə Xocalı Soyqırımından danışıb. Görüş zamanı millət vəkili Q.Paşayeva Güler Turana Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Belçikada harada doğulmasından asılı olmayaraq təxminən 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili onlara Avropa parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, münasibəti ilə bağlı da onlara ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb. Belçika Parlamentinin millet vekili Güler Turan öz növbəsində bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb. Görüş zamanı müxtəlif coğrafiyalardan Belçikaya gələrək bu ölkədə yaşayan Türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva Güler Turana həmçinin Azərbaycanın inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva Güler Turana Azərbaycana dəvət edib. İndiyə qədər qardaş Azərbaycanda olmadığını deyən Güler Turana Azərbaycana gəlməkdən və yaxından tanışlıqdan məmnun olacağını deyib. Millət vəkili Q.Paşayeva Belçika Parlamentinin üzvü Güler Turana görüşün sonunda Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallar və filmləri hədiyyə edib.

Advertisements

01.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: