Millət vəkili Q.Paşayeva Yaponiyanın QHT, KİV və qadın təşkilatları rəhbərləri ilə görüşdə Qarabağ problemindən danışıb

Millət vəkili Q.Paşayeva Yaponiyanın QHT, KİV və qadın təşkilatları rəhbərləri ilə görüşdə Qarabağ problemindən danışıb.

13690866_908360155942691_8131584100412231035_nMillət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın bir sıra qadın təşkilatları, tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb. Millət vəkili bildirib ki, Azərbaycanla Yaponiya arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin, qadın təşkilatlarının da üzərinə böyük bir misiya düşür və onları ölkəmizə dəvət edib. Millət vəkil Qənirə Paşayeva Yaponiyanın bir sıra QHT və KİV rəhbərləri, qadın təşkilatları ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Yaponiyanın tanınmış qadın təşkilatları, QHT və KİV rəhbərləri Azərbaycana dəvəti böyük məmnuniyyətlə qəbul edərək ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər.

13726764_908359839276056_2165449707099551601_n (1) 13769497_908360025942704_3475347945692637798_n 13769517_908360259276014_4760196381347808037_n 13770507_908359949276045_8225976698727081710_n (1) 13781870_908359752609398_7208024686697906902_n

Advertisements

01.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: