Millət vəkili Q.Paşayeva ŞKTC baş naziri və parlament spikeri ilə görüşdə Türk dünyasının ortaq problemlərindən danışıb

Millət vəkili Q.Paşayeva ŞKTC baş naziri və parlament spikeri ilə görüşdə Türk dünyasının ortaq problemlərindən danışıb.

13775592_907792889332751_3130613063341420007_nMillət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ilə görüşdə dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb. Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyiblər. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC-nin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siber ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Ermənistanın Azərbaycan torpaqların 20 faizinin hələ də işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduğunu deyən ŞKTC-nin baş naziri Hüseyin Özgürgün beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib. Görüşlər zamanı ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrlə də bağlı fikir mübadiləsi olub. Onlar sizə əmanətdir deyən millət vəkili Q.Paşayeva təbələrin ortaya çıxan problemlərinin həllində hər zaman dəstək olmağı xahiş edib və bu istiqamətdə həssaslıqları üçün təşəkkür edib. Görüşün sonunda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimi ŞKTC baş naziri Hüzeyn Özgürgünə hədiyyə edilib.

Advertisements

01.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: