Millət vəkili Q. Paşayeva Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albertlə Xocalı Soyqırmından danışıb

Millət vəkili Q. Paşayeva Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albertlə Xocalı Soyqırmından danışıb.

13754518_909233625855344_7300699878767638668_nAzərbaycanın Filippinlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili Q. Paşayeva görüşdə qeyri-hökumət qurumları, qadın təşkilatları arasında da əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub. Millət vəkili sabiq xarici işlər naziri Delia Domingo-Albertə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albert ölkəsinin Azərbaycanla əməkdaşlığın, dostluğun və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Görüş zamanı Azərbaycan, Qarabağ həqiqətlərinin Filippində daha geniş yayılması istiqamətində də fikir mübadiləsi aparılıb Millət vəkili Qənirə Paşayeva Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albertə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.

Advertisements

01.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: