Millət vəkili Qənirə Paşayeva Kosovanın sabiq prezidenti Atifete Jahjaga ilə görüşdə Qarabağdan danışıb

Millət vəkili Qənirə Paşayeva Kosovanın sabiq prezidenti Atifete Jahjaga ilə görüşdə Qarabağdan danışıb.

13731505_907983765980330_1908997171016698067_nGörüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə Kosovanın sabiq prezidenti Atifete Jahjaga ya məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvəllərində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsi barədə geniş məlimatlar və bu həqiqətləri özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları sabiq prezidentə təqdim edib. Kosovanın sabiq prezidenti Atifete Jahjaga ilə görüşdə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər barədə, Kosovo problemi ilə də bağlı geniş fikir mübadiləsi də aparılıb. Millət vəkili Q.Paşayeva Kosovanın sabiq prezidenti Atifete Jahjagaya Azərbaycanla bağlı geniş məlumatlar verərərk dünyanın hər yerində nüfuzlu qadınların Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki öz evinə dönə bilməyən yüzminlərlə köçkün azərbaycanlı qadınlarının acılarına laqeyid qalmamasının vacibliyi və bütün platformalarda buna ciddi etiraz səslərini ucaltmalarının önəmindən danışaraq sabir prezidentin də beynəlxalq platformalarda bu istiqamətdə hər zaman Azərbaaycanı dəstəkləyəcəyinə inandığını deyib.

13754252_907983862646987_1253408845509302283_n 13728938_907983935980313_5103092558789649812_n

Advertisements

01.08.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: