Millət vəkili Kamerunun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Millət vəkili Kamerunun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb.

Ck7VpAwWUAA2e_EKamerunun qadın nazirləri və millət vəkilləri  ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın Kamerunla əməkdaşlığın inkişafına diqqət verdiyini deyib.  Azərbaycan parlamentinin Kamerunla  dostluğun inkişafına verdiyi  önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub.  Müzakirələr zamanı millət vəkili Q. Paşayeva Kamerunun qadın nazirləri və millət vəkillərinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib.   Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Kamerunun qadın nazirləri və millət vəkillərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Kamerunun qadın nazirləri və millət vəkillərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.  Kamerunun da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən  Kamerunun qadın nazirləri və millət vəkilləri iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını  vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Ck7XmQzXAAAKQ1z 13631660_899652776813429_5685525424890734105_n

Advertisements

11.07.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: