Millət vəkili Q.Paşayeva xarici TV-lərə Qarabağla bağlı müsahibələr verib, çağırış edib

Millət vəkili Q.Paşayeva xarici TV-lərə Qarabağla bağlı müsahibələr verib, çağırış edib

13187850_1040753119295178_517232334_nMilət vəkili Q. Paşayeva Beynəlxalq Qadın Konfransı çərçivəsində bir sıra Avropavə ərəb ölkələri televiziya kanallarına Qarabağ həqiqətləri ilə bağlı geniş müsahibələr verib, bir sıra qəzet və agentliklərin suallarını cavablandırıb. Millət vəkili  Q. Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumatlar verən millət vəkili Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə dönə bilmir. Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında  olan insanlar bu ədalətsizliyə etiraz səsini ucaltmalıdır deyən illət vəkili Q.Paşayeva ön cəbhədə baş verən son hadisələr, Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib və onların suallarını cavablandırıb, bu problemə yanaşmada hər zaman ədalərli olmağa çağırıb. Millət vəkili Q. Paşayeva müsahibələr zamanı eyni zamanda Azərbaycanda görülən işlər, əldə edilən uğurlar, ölkəmizin iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti və multukulturalizlə bağlı dünyada örnək ölkələrdən biri olması, bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi məsələsinə böyük diqqətin olması barədə də danışıb və sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva müsahibə verdiyi və görüşdüyü bir sıra Avropa və ərəb ölkələri televiziya kanallarına, mətbuat və agentliklərinə Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Millət vəkili Q. Paşayeva tədbir çərçivəsində “Bloomberg News” un redaktoru Lisa Kassenaar ilə də görüşüb və geniş fikir mübadiləsi və müzakirələr aparılıb. Q. Paşayeva Lisa Kassenaarı ölkəmizə dəvət edib.  

13606957_899654576813249_1344461676875769105_n 13183217_1040953959275094_2030441382_n

Advertisements

08.07.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: