Millət vəkili Q.Paşayeva və TUSİAB Qovlar şəhərində Ramazan bayramı münasibəti ilə bağlı sakinlərlə görüşüb bayramlarını təbrik ediblər

Millət vəkili Q.Paşayeva və TUSİAB Qovlar şəhərində Ramazan bayramı münasibəti ilə bağlı sakinlərlə görüşüb bayramlarını təbrik ediblər.

13575873_899201606858546_8714722489393279707_oTUSİAB rəsmiləri qarşıdan gələn Ramazan Bayramı münasibətilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Qovlar şəhərində müəllimlər və sakinlərlə görüşüblər. Millət vəkili Qənirə Paşayeva, TUSİAB –ın sədri Celil Polat, təşkilatın sədr müavini,baş katibi və idarə heyəti üzvlərinin iştirakı ilə müəllimlərlə və məktəb kollektivi ilə görüş zamanı Ramazanın bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyiblər. Ramazan Bayramı münasibətilə Qovlarda müəllim və sakinləri öz hədiyyələri ilə təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu cür görüşlərin çox önəmli olduğunu bildirdi. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir. Müəllimlərlə görüş zamanı Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür dedi. Q.Paşayeva müəllimlərə bir sıra maraqlı kitablar da hədiyyə edib. Biz ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi bir millət iki dövlətin mənsublarıyıq deyən TUSİAB sədri Celil Polat və təşkilat rəsmiləri bütün müəllimləri təbrik edib və onlara ən gözəl arzularına çatmasını diləyib və onlarla görüşməkdən böyük məmuniyyət duyduğunu deyib. Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Celil Polat və təşkilat rəsmiləri müəllimlərə TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələri də təqdim edib. Millət vəkili Qənirə Paşayeva və TUSİAB rəsmiləri Qovlar şəhərində bir sıra maddi imkanları zəif ailələrlə də görüşüblər və onların da qarşıdan gələn bayramlarını təbrik ediblər.

13576870_899201550191885_5128065940608804694_o 13584825_899201426858564_2971004875161368993_o 13575895_899201753525198_4595387672803084549_o 13613459_899201676858539_8799499786114999978_o 13584791_899201330191907_1514749743373454897_o

Advertisements

08.07.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: