Millət vəkili Q.Paşayeva Yaponiya nümayəndə heyəti ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Yaponiya nümayəndə heyəti ilə Qarabağdan danışıb

13442290_885221388256568_6177290681293204374_nYaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.  Azərbaycan parlamentinin Yaponiya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Q. Paşayeva Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.   Millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva görüş zamanı Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili  Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə  Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.  Yaponiyanın  da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən  Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Mori iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandığını vurğulayıb. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Yaponiyanın Liberal Demokrat partiyasının rəsmisi, sabiq  Dövlət Naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.

Advertisements

29.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: