Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti ilə köçkün qadınlardan danışıb

Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti ilə köçkün qadınlardan danışıb.

13494974_893363790775661_3313880725260192746_nVyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsini və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama yüksək səviyyəli səfərini xüsusi qeyd edib. Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən materialları təqdim edib.

Advertisements

28.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: