Q.Paşayeva AŞPA-da səsləndi: Niyə Ermənistan heyətindən soruşmursunz ki, sizin işğalçı ordunuzun Azərbaycan torpaqlarında nə işi var?

Q.Paşayeva AŞPA-da səsləndi: Ermənistandan Suriyadan gələn erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirməyi durdurmağı tələb edin.

CltWksKWMAAf2UmMillət vəkili Q.Paşayeva bu gün AŞPA-da Avropada miqrantlarla bağlı məruzənin müzakirəsi zamanı çıxış edib və Azərbaycan və Türkiyə əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib: “Hesabatda da ifadə edildiyi kimi Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Avropadakı iqtisadi böhranın səbəbkarları qaçqınlar və məcburi köçkünlər deyillər. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Dəyərli həmkarlarım,  mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, 24 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. Bu işğal nəticəsində hər səkkiz azərbaycanlıdan biri toprağını,evini, işini itirərək qaçqın statusuna düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə Özbəkistanda baş verən hadisələrin nəticəsində oradan qaçmaq məcburiyyətində qalmış on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də, müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. Dəyərli həmkarlarım, Suriyada davam edən savaş səbəbindən bu ölkədən qaçan milyonlarca insan qaçqın durumuna düşdü. Ermənistan bu hadisədən belə özünün işğalçılıq siyasəti üçün yararlanmağa çalışır. Ermənistan Suriyadan qaçan erməniləri, işğal etdiyi Azərbaycan torpaqlarına köçürür. Hesab edirəm ki, Ermənistanın bu qeyri-insani fəaliyyətlərinə miqrasiya komitəsi səssiz qalmamalıdır. Mən buradan sizin qarşınızda Ermənistan heyətindən soruşuram. Siz nə üçün Ermənistanda o qədər yerlər qala-qala Suriyadan gələnlərin bir hissəsini qeyri-qanuni olduğunu bildiyiniz halda işğal etdiyiniz Azərbaycan torpaqlarında yerləşdiririsiniz? Bunu dayandırın. Əziz həmkarlarım, bilirsiniz ki, bir neçə il öncə ATƏT-in faktaraşdırıcı missiyası Ermənistanın işğal etdiyi Azərbaycan topraqlarında araşdırma aparmışdır. Araşdırma nəticəsində hazırlanan hesabatda Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarına  süni məskunlaşma aparmaması, kənardan insanlar gətirib yerləşdirməməsi tələb olunmuşdur. Bunun beynəlxalq hüquq qaydalarına zidd olduğu qeyd edilmişdi. Amma Ermənistan, ATƏT-in bu çağırışlarına baxmayaraq indi də Suriyadan qaçan erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirir. Mən buradan qaçqınlar komitəsinə çağırış edirəm. Bu məsələyə səssiz qalmayın, Ermənistanı ciddi şəkildə xəbərdar edin və Ermənistanın beynəlxalq hüquqa zidd bu addımlarına qarşı geçikmədən gərəkli tədbirləri alın. Dəyərli məsləkdaşlar, Ermənistan heyəti üzvlərinin Azərbaycan və Türkiyə əleyhinə çıxışlarını təəssüflə izlədik və kəskin qınayıram. Xoşgörüsüzlik çox pisdir. Amma bundan daha pisi yalandır. Ermənistan nümayəndə heyəti üzvləri Türkiyə əleyhinə çıxış edərək deyir ki, 1915-ci ildə Osmanlıdan ölkəmizə qaçan ermənilər.  Deyəsən Ermənistan millət vəkili tarixi unudub ya da yanlış məlumatlar vermək istəyirlər. Birincisi 1915-ci ildə Ermənistan adlı dövlət yox idi, ikincisi səsləndirdikləri məlumatlar yanlışdır. Ermənistan heyətinin Azərbaycanla bağlı səsləndirdiyi yalan məlumatlara gəlincə. Ermənistan millət vəkillləri bir az öncə deyir ki, apreldə Azərbaycan sərhəd  boyunca  Ermənistana hücum edib və s. yalan məlumatlar səsləndirdilər.  Assambleyadan, siz millət vəkillərindən xahiş edirəm,   xəritəni  alın əlinizə və Ermənistan millət vəkillərindən sizə çatışma dedikləri yerləri göstərmələri soruşun. Baxıb görəcəksiniz ki, göstərdikləri yerlər Azərbaycan torpaqlarıdır. O zaman dönüb bunlara sual edin ki, sizin işğalçı ordunuzun, əsgərlərinizin Azərbaycan torpaqlarında  axı nə işi var? Siz o zaman bütün suallarınıza da həqiqətlərə də tam aydınlıq gətirə biləcəksiniz və Ermənistan heyətinin Azərbaycan əleyhinə çıxışının yalan olduğunu görəcəksiniz”. 

 

Advertisements

24.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: