Q.Paşayeva Estoniyanın baş naziri ilə Azərbaycanlı köçkünlərdən danışıb

Q.Paşayeva Estoniyanın baş naziri ilə Azərbaycanlı köçkünlərdən danışıb.

13528689_891758224269551_7583334718177071108_nMillət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətnin üzvü Q.Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas ilə görüşüb. Estoniya baş nazirinin AŞPA üzvləri qarşısında çıxışından sonra onunla görüşən millət vəkili Q.Paşayeva qısa söhbət zamanı baş nazirə 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi, beynəlxalq təşkilatların bu istiqamətlərdə qətnamələrini yerinə yetirməkdən imtina etməsi, ön cəbhədə son vəziyyət barədə məlumat verib. Millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycanlı köçkünlər Estoniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu məsələyə ciddi diqqət yetiriləcəyini və onların öz evlərinə dönməsi istiqamətində səylərin daha da artacağına ümid edirlər. Q. Paşayeva deyib ki Azərbaycanlı məcburi köçkünlər öz evlərinə dönmələrini nəzərdə tutan AŞPA qətnamələrin yerinə yetirilməsi istiqamətində Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırır və bunu gözləyirlər. Estoniyanın baş naziri Taavi Roivas bildirib ki Avropa Şurası məkanında olan həllini tapmamış münaqişələr onların Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət mərkəzində olacaq.

Advertisements

23.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: