Millət vəkili Q.Paşayeva AŞPA-da Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın çıxışından sonra ona Sərsəng su anbarı ilə bağı müraciət edib

Millət vəkili Q.Paşayeva AŞPA-da Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın çıxışından sonra ona Sərsəng su anbarı ilə bağı müraciət edib,ciddi narahatlıq doğuran by məsələ ilə bağlı sual səsləndirib.

ClZ66ZGXIAAcOWjAvropa Şurasının baş katibi Tyorbörn Yaqland qurumun plenar iclasında bir neçə Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək deyib:«Yanvarda AŞPA Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsi qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insan, bir neçə əhalinin sıx yaşadığı reginolar bundan ciddi əziyyət çəkməkdə davam edir. Siz baş katib kimi bu humanitar fəlakətin qarşısını almaq,dayandırmaq üçün hansı addımlar ata bilərsiniz, bu məsələnin həllinə hansı töhvələr verə bilərsiniz?».
Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşqul olur və onlar da istəmirlər ki, başqa kimsə buna qarışsın deyən baş katib əgər Minsk prosesinə öz töhfəmizi verməmiz üçün bizə müraciət etsələr, o zaman biz əlbətdə ki bunu edə bilərik. Ancaq bizim iştirakımızı istəmirlərsə, biz, Avropa Şurası olaraq, bu prosesə qarışa bilmərik deyib.

Advertisements

21.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: