Qənirə Paşayeva Çinin Qadın təşkilatları rəhbərləri ilə görüşdə Xocalı Soyqırımından danışıb

Qənirə Paşayeva Çinin Qadın təşkilatları rəhbərləri ilə görüşdə Xocalı Soyqırımından danışıb.

Ck2WVfTWEAAWZE4Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Çinin bir sıra nüfuzlu Qadın təşkilatları rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb. Millət vəkili bildirib ki, Azərbaycanla Çin arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə  qadın təşkilatlarının da üzərinə böyük bir misiya düşür və onları ölkəmizə dəvət edib.  Millət vəkil Qənirə Paşayeva qadın təşkilatları ilə  görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş  məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Q. Paşayeva deyib ki, Çində bir neçə dəfə səfərdə olub, görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı  bu maraqlı ölkəni daha geniş tanımaq imkanı da olub və Çinlə bağlı maraqlı yazılarla çıxış edib. Çinin bir sıra tanınmış Qadın təşkilatları rəhbərləri Azərbaycana dəvəti böyük  məmnuniyyətlə  qəbul  edərək  ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər.  Millət vəkili Q.Paşayeva görüşlə yanaşı Çinin bəzi mətbuat nümayəndələrinə müsahibələr də verib və onları maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda Qənirə Paşayeva Çinin qadın təşkilatları təhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və müxtəlif materialları hədiyyə edib.

 

 

Advertisements

17.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: