Millət vəkili Qənirə Paşayeva Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşdə köçkün qadınlardan danışıb

Millət vəkili Qənirə Paşayeva Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşdə köçkün qadınlardan danışıb.

Ck2QYh1WsAArXxbMillət vəkili Qənirə Paşayevanın Fransanın Ailə, Uşaq və Qadın Haqları naziri Laurence Rossignol ilə görüşündə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmnunluqla qeyd edilib. Bu münasibətlərin inkişafında Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rolu, onun Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinin Fransa ictimaiyyətinə daha geniş çatdırılması sahəsində gördüyü işlər xüsusi vurğulanıb. Görüş zamanı millət vəkili Q.Paşayeva xanım nazirə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində görülən işlər barədə məlumatlar verib. Millət vəkili Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb. Q.Paşayeva Fransanın Ailə, Uşaq və Qadın haqları naziri Laurence Rossignola Azərbaycan həqiqətlərinə dair kitab və materiallar da təqdim edib. Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyən Fransanın Ailə, Uşaq və Qadın haqları naziri Laurence Rossignol əməkdaşlığın daha da genişlənməsini vacib saydığını deyib.

 

Advertisements

16.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: