Q.Paşayeva MM-də əhalisinin təxminən yarısı Azərbaycanlı olan İran işğalçı Ermənistanla sıx münasibətlər qurmamalıdır deyib

Q.Paşayeva MM-də əhalisinin təxminən yarısı Azərbaycanlı olan İran işğalçı Ermənistanla sıx münasibətlər qurmamalıdır deyib

146416273294233478_1000x669Bu gün MM-də İran İslam Respublikası ilə imzalanmış bir sıra sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva qonşu İran dövləti ilə Azərbaycan dövlətinin maraqları çərçivəsində əməkdaşlığın inkişafını dəstəkləyirik, amma bəzi məsələlərlə bağlı narahatlığımızı da buradan açıq şəkildə bildirməliyik deyib. İranın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan işğalçı Ermənistanla çox sıx əməkdaşlığına toxunan millət vəkili Q.Paşayeva bunun hər bir azərbaycanlını ciddi narahat etdiyini deyib və bildirib ki, seçicilərinin fikirlərini səsləndirən millət vəkillərinin bu istiqamətdə səsləndirdiyi fikirləri İran rəsmilərinin, millət vəkillərinin diqqətə alması vacibdir: “Əhalisinin təxminən yarısı azərbaycanlı olan İran dövlətinin Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkə ilə, Ermənistanla bu qədər sıx əməkdaşlığı bizim hamımızı ciddi narahat edir və biz İran dövlətinin işğalçı Ermənistanla bağlı siyasətində dəyişikliklər etməsini istəyirik. Orada yaşayan azərbaycanlılar da təbii ki bu fikirdədir. Bundan başqa İran dövləti ən yüksək səviyyədə bütün açıqlamalarında müsəlman həmrəyliyindən danışırlar. Təbii ki belə bir halda Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayan işğalçı Ermənistanla bu qədər sıx münasibətlər, dəstək anlaşılan deyil və biz, bütün azərbaycanlılar İrandan işğalçı Ermənistana qarşı sərt münasibət gözləyirik. Azərbaycan dövlət rəsmiləri, din xadimləri, KİV-ləri hər zaman İranla münasibətlərdə daxili işlərə qarşımamaq həssaslığına önəm verirlər və biz qarşı tərəfin bir sıra din adamları, millət vəkilləri, siyasətçiləri və KİV-lərindən də eyni həssaslığı gözləyirik. Azərbaycanın daxili işlərinə qarışan, münasibətlərə ciddi zərər vuran açıqlamalar olmamalıdır. Eyni zamanda biz İran dövlətini işğalçı Ermənistanla münasibətlərə yenidən baxmağa çağırırıq.”

Advertisements

14.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: