Millət vəkili Q.Paşayeva Milli Məclisi qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqına etiraz müraciəti göndərməyə çağırıb

Millət vəkili Q.Paşayeva Milli Məclisi qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqına etiraz müraciəti göndərməyə çağırıb

_MG_0311Millət vəkili Q. Paşayeva bu gün MM-in iclasında iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı yalanları ilə bağlı qəbul edilən qərar barədə çıxış edərək ona etirazını bildirib və MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib və bu istiqamətdə həmkarı Fəzail Ağamalının çıxışını dəstəklədiyini bildirib.  Millət vəkili Q. Paşayeva deyib ki, MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun müraciətində Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etməsinin böyük təəssüf və narahatlıq doğurması öz əksini tapmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir: “Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vurub.” Türkiyə Böyük Millət Məclisi tərəfindən, TBMM-də təmsil olunan 3 partiyadan olan millət vəkillərinin adından Almaniya Bundestaqına qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etdikləri üçün etiraz müraciətinin göndərildiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycan parlamenti tərəfindən də bu istiqamətdə müraciətin göndərilməsinin vacibliyini və əhəmiyyətini xüsusi vurğulayıb. ”

Advertisements

14.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: