Millət vəkili Q.Paşayeva Beynəlxalq Sammitdə köçkün qadınlarla bağlı çağırış edib

Millət vəkili Q.Paşayeva Beynəlxalq Sammitdə köçkün qadınlarla bağlı çağırış edib.

13413717_886138314831542_890174529602481353_nPolşada Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Q.Paşayeva dünyanın hər yerindən gəlmiş siyasətçi, millət vəkili, QHT, KİV rəhbərləri və İş dünyasının tanınmış qadınlarına  köçkün qadınlarla  bağlı çağırış edib. Köçkünlərin artması, onların problemləri bizi ciddi narahat etməlidir və biz birlikdə harada baş verməsindən asılı olmayaraq insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparmalıyıq deyən millət vəkili Q. Paşayeva Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində evindən köçkün düşmüş köçkünlərimiz, İraq və Suriyadan köçkün düşmüş insanlardan danışıb. Ermənistanın işğalı zamanı soyqırıma məruz qalan, girov götürülən qadınlarla da bağlı danışan millət vəkili Q.Paşayeva BMT qətnamələrinin yerinə yetirilməməsi nəticəsində minlərlə qadın öz evinə dönmək həsrəti ilə dünyadan köçür deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın hər yerində insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparılmazsa köçkünlərin sayı və onların problemləri daha da artacaq. Azərbaycan dövləti tərəfindən köçkünlərlə bağlı həyata keçirilən geniş layihələr barədə də danışan millət vəkili Q.Paşayeva dünyanın fəal qadınlarını köçkün qadınların acılarına daha duyarlı olmağa çağırıb.  Millət vəkili Q.Paşayeva Sammit iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı kitablar, materiallar və rəhbərlik etdiyi Avrasiya Beyn’lxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri”  filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da sammit iştirakçılarına hədiyyə olunub.

 

Advertisements

13.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: