Millət vəkili Q.Paşayeva Beynəlxalq Qadın Sammitində Azərbaycan qadınlarından danışıb

Millət vəkili Q.Paşayeva Beynəlxalq Qadın Sammitində Azərbaycan qadınlarından danışıb

CklL4ETWsAA--1sMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə Paşayeva Qlobal Qadın Sammitində  Azərbaycan qadınlarından danışıb.  Dünyanın müxtəlif bölgələrindən gəlmiş  fəal siyasətçi, millət vəkili, alim və ictimai  xadim, iş dünyasının tanınmış xanımların qatıldığı beynəlxalq   çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, çox təəssüf ki, qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün toplumun problemi olması düşüncəsi təəssüf ki, hələ də istənilən səviyyədə deyil. Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması,  qadınların cəmiyyəti bütün sahələrində o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Millət vəkili Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlərlə barəbər Azərbaycanla da bağlı geniş məlumatlar verib və hər kəsi ölkəmizə dəvət edirik, Azərbaycanı yaxından tanımaqdan məmun  olacaqsınız deyib.

CkvMaxPWYAAAZtp

Advertisements

12.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: