Millət vəkili Q.Paşayeva Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shveikehlə görüşdə köçkün qadınlardan danışıb

Millət vəkili Q.Paşayeva Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shveikehlə görüşdə köçkün qadınlardan danışıb.

13115466_1040768715960285_972861996_nİordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shveikeh ilə görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən Qənirə Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva Azərbaycan xalqının dost və qardaş İordaniya dövlətinin, senatının bu addımının Azərbaycana ən böyük dəstəyi kimi dəyərləndirdiyini deyib. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikehə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də parlamentin spikerinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var.   Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən  Iordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikeh qeyd edib ki, münasibətlərimizin daha da inkişafı məmnunluq doğurur. İordaniyalı rəsmi bildirib ki, əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq.  Görüşün sonunda millət vəkili Qənirə PaşayevaIordaniyanın Kommunikasıya və İnformasiya Texnalogiyaları naziri Majd Shweikehə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Advertisements

04.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: