Millət vəkili Q.Paşayeva Türkiyə,Qazaxıstan və Qırğızıstan universitetlərinin rektorları ilə görüşdə bu gün birlik nümayiş etdirmə günüdür deyib

Millət vəkili Q.Paşayeva Türkiyə,Qazaxıstan və Qırğızıstan universitetlərinin rektorları ilə görüşdə bu gün birlik nümayiş etdirmə günüdür deyib.

CkAv_pYWgAA-jtQ3-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Nigde Universitetinin rektoru Prof. Dr. Adnan Görür, Qırğızıstanın Mahmud Kaşqari adına Şərq Universitetinin rektoru Almaz İbraev, Qazaxıstanın Qız Müəllimlər Dövlət Universitetinin rəhbəri Baxodir Aliyev və Türkiyə, Qazaxıstan və Qırğızıstandan gəlmiş bir sıra universitetlərin rektor və müəllimləri ilə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva arasında görüş olub. Görüş zamanı millət vəkili Q.Paşayeva Türk dünyası ziyalıları topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıdır deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Dünyada və bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışan millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib. Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı söylədiyi Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bütün Türk dövlət və toplumları birimizin uğuru hamımızın, birimizin problemi də hamımızın problemidir düşüncəsi ilə hərəkət etsələr gələcəyə doğru hamımız daha da çox güclənərik deyib. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə universitet rektorları, elm xadimlərinin, aydınların da üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.Millət vəkili Q.Paşayeva Türk dövlət və toplumlarında gənclərimizə ortaq tariximizi oxutmalı,öyrətməliyik deyərək bunun vacibliyi ilə bağlı fikirlərini geniş çatdırıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,söyqırımlar barədə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva deyib ki, bütün Türk dünyası Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə Azərbaycana daha çox dəstək olmalıdırlar. Azərbaycanda olmaqdan çox məmun olduqlarını və qardaş Azərbaycanı çox sevdiklərini deyən Türkiyənin Nigde Universitetinin rektoru Prof. Dr. Adnan Görür, Qırğızıstanın Mahmud Kaşqari adına Şərq Universitetinin rektoru Almaz İbraev, Qazaxıstanın Qız Müəllimlər Dövlət Universitetinin rəhbəri Baxodir Aliyev və Türkiyə, Qazaxıstan və Qırğızıstandan gəlmiş bir sıra universitetlərin rektor və müəllimlər ölkəmizlə əlaqələrin və əməkdaşlığın daha da artması istiqamətində çalışdıqlarını, Azərbaycana böyük dəyər və önəm verdiklərini deyiblər. Görüş zamanı bir sıra vacib təklif və düşüncələr ətrafında geniş müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva Türkiyənin Nigde Universitetinin rektoru Prof. Dr. Adnan Görür, Qırğızıstanın Mahmud Kaşqari adına Şərq Universitetinin rektoru Almaz İbraev, Qazaxıstanın Qız Müəllimlər Dövlət Universitetinin rəhbəri Baxodir Aliyev və Türkiyə, Qazaxıstan və Qırğızıstandan gəlmiş bir sıra universitetlərin rektor və müəllimlərə Azərbaycan tarixi,mədəniyyəti və Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar,filmlər və materialları hədiyyə edib.  

Advertisements

03.06.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: