Millət vəkili Q.Paşayeva Türkiyənin Böyük Birlik Partiyasının nümayəndə heyəti ilə görüşdə Almaniya Parlamentinin qondarma erməni soyqırımını müzakirəyə çıxarmasına qarşı çağırış edib

Millət vəkili Q.Paşayeva Türkiyənin Böyük Birlik Partiyasının nümayəndə heyəti ilə görüşdə Almaniya Parlamentinin qondarma erməni soyqırımını müzakirəyə çıxarmasına qarşı çağırış edib.

20160525_194133_resizedBakıda səfərdə olan Türkiyənin Böyük Birlik Partiyasının başqanı Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər. Millət vəkili Q.Paşayevanın dəvəti ilə keçirilən görüşdə Şəhid Anaları Cəmiyyətinin və Qarabağ Müharibəsi Veteranları təşkilatının sədrləri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, tarix elmləri doktoru Havva Məmmədova da iştirak ediblər. Görüş zamanı millət vəkili Q.Paşayeva Böyük Birlik Partiyası ilə Millii Məclisdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun yüksək səviyyəli görüşünü xatırladaraq “Bura sizin də Vətəninizdir, sizi burada görməkdən çox məmunuq və inanırıq ki, səfəriniz və müzakirələr iki qardaş ölkə arasında münasibətlərin inkişafına öz müsbətət töhvələrini verəcək” deyib. Böyük Birlik Partiyasının genəl başqanı Mustafa Destici son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq “Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik” deyib. “Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyən partiya sədri Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Partiya liderinə bu dəstəyinə görə təşəkkürünü çatdıran Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva ilə partiya sədri Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş fikir mübadiləsi aparıblar. Millət vəkili Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı sənədin iyunun 2-də səsverməyə qoyulacağı ilə bağlı məsələnin dünyanın hər yerində yaşayan Türk kökənli insanları narahat etməli olduğunu deyib. O, bildirib ki, dünyanın hər yerində yaşayan türklər, özəlliklə Almaniyadakı böyük Türk diasporu erməni yalanlarına və Almaniya Parlamentində qondarma soyqırımla bağlı səsverməyə qarşı ciddi etiraz səsini ucaltmalı və bunun qarşısını almaq üçün diasporla bərabər Türk dövlətləri də özünün ciddi etirazını Almaniyaya çatdırmalıdır: “Xocalı Soyqırımını görmək istəməyənlərin erməni yalanları ilə bağlı qərar qəbul etmək niyyətinin gerçək səbəblərini bütün Türk dünyası dərindən anlamalıdır və mübarizəmizi gücləndirməliyik”. Bu müzakirə və səsvermələrin Almaniyanın ATƏT-in Minsk qrupundakı missiyasına böyük zərbə olduğunu deyən millət vəkili Q.Paşayeva belə bir sənədin qəbulu Almaniyanın Dağlıq Qarabağ probleminin həllində obyektiv mövqe tutacağını tam şübhə altına alacaq deyib. Almaniya bu sənədi qəbul edərsə tərəf olduğunu nümayiş etdirəcək həm də yalanların tərəfi olduğunu. Millət vəkili Q.Paşayeva bildirib ki, Türk dünyası gənc nəsillərinin bir-biriminə sahiblənmə ruhunda böyüməsi, millətimizə qarşı haqsızlıqlarla birgə mübarizə istiqmətində hər bir aydın insanımızın üzərinə böyük vəzifələr düşür və Qarabağ problemi, Xocalı Soyqırımı mövzusuna daim böyük həssaslıqla yanaşan partiya fəallarına təşəkkürünü bildirib. Görüşdə iştirak edən Şəhid Anaları Cəmiyyətinin və Qarabağ Müharibəsi Veteranları təşkilatının rəhbərləri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, tarix elmləri doktoru Havva Məmmədova da Dağlıq Qarabağ problemi ətrafında fikirlərini söyləyiblər və geniş müzakirələr olub. Qardaş Türkiyədə gənc nəsillərə Azərbaycan həqiqətlərinin daha da geniş tanıdılması istiqamətində müəyyən layihələr ətrafında fikir mübadiləsi də aparılıb.

Advertisements

31.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: